Hovard 40 yaşında karyerasını bərpa etdi

16:52 - 5 Mart 2020

ABŞ millisinin sabiq qapıçısı Tim Hovard karyerasını bərpa edib.

 

Sportal.az xəbər verir ki, 5 ay öncə əlcəklərini mıxa keçirən 40 yaşlı qolkiper ABŞ-ın II Liqasında (USL) mübarizə aparan "Memfis 901" klubu ilə müqavilə bağlayıb. Bundan əlavə, Hovard həm də klubun idman direktoru olacaq.

 

Amerikalı qapıçı İngiltərənin “Mançester Yunayted” və “Everton” klublarında çıxış edib. O, ABŞ yığmasında 121 oyun keçirib. Hovard 2019-cu ildə MLS təmsilçisi “Kolorado Rapids”də karyerasını tamamlamışdı.

 

Xəbər xətti