İspaniya kubokunda finalçılar müəyyənləşdi - VİDEO

11:11 - 6 Mart 2020

İspaniya kubokunda finalçılar müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ikinci yarımfinal görüşündə “Qranada” “Atletik”i qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Məğlubiyyətə baxmayaraq, səfər qoluna görə Bilbao klubu finala adlayıb.

 

Həlledici qarşılaşmada “Real Sosyedad” və “Atletik” qarşılaşacaq. Oyun aprelin 18-i keçiriləcək.

 

"Qranada" - "Atletik" - 2:1

Qollar: Karlos Fernandes, 48, Qerman Sançes Barahona, 76 - Yuri Berçiçe, 81

 

Xəbər xətti