Ronaldinyo sərbəst buraxıldı

11:38 - 6 Mart 2020

Paraqvaysa saxta pasportla yaxalanan Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, yerli mühafizə orqanı səhv etdiklərini açıqlayıb. Onlar dünya çempionu və onun qardaşı Assisi sərbəst buraxıblar.

 

39 yaşlı veteran futbolçu borcları olduğu üçün 2018-ci ildə Braziliyadan çıxışına qadağa qoyulmuşdu.

 

2005-ci ildə "Qızıl Top" mükafatını qazanmış futbolçu "Qremio"nun yetirməsidir. Braziliya millisinin sabiq üzvü PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro" kimi klublarda çıxış edib.

Xəbər xətti