"Liverpul" Alissonu itirdi

00:30 - 7 Mart 2020

"Liverpul" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın qapıçısı Alisson Beker məşqdə zədələnib. Braziliyalı qolkiper zədə səbəbindən Premyer Liqanın 29-cu turunda "Bornmut"la qarşılaşmada iştirak etməyəcək.

 

"Qırmızılar"ın çalışdırıcısı Yurgen Klopp 27 yaşlı əlcək sahibinin Çempionlar Liqasında "Atletiko" ilə cavab matçını da buraxacağını deyib.

Xəbər xətti