Ramil Şeydayevdən azarkeşə jest - iş yerinə yollandı - FOTO

00:29 - 10 Mart 2020

Kürdəmirə səfər edən Azərbaycan millisinin və "Sabah"ın futbolçusu Ramil Şeydayev doğma rayonunda azarkeşlərlə görüşüb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu azarkeşlərdən birinə gözəl jesti ilə diqqət çəkib. Onun Kürdəmirə səfərlə bağlı "facebook"dakı paylaşımına izləyicilərdən biri işdə olacağı üçün qatıla bilməyəcəyini bildirib. Ramil isə həmin azarkeşlə görüşmək üçün çalışdığı yerə gedib.

 

Şeydayev onunla birgə fotosunu sözügedən paylaşımın rəy bölməsinə atıb.

 

Xəbər xətti