"Tottenhem"də ciddi itki

12:52 - 10 Mart 2020

“Tottenhem” ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Stiven Berqveyn zədələnib. Premyer Liqanın 29-cu turunda “Bernli” ilə qarşılaşmada (1:1) zədələnən niderlandlı futbolçu bir müddət yaşıl meydanlardan uzaq qalacaq.

 

O, bu gün komandasının Çempionlar Liqasında "Leyptsiq"ə qarşı keçirəcəyi görüşdə meydana çıxmayacaq.

 

Qış fasiləsində PSV-dən paytaxt klubuna keçən 22 yaşlı futbolçu 6 oyunda 2 qol vurub.

 

Xəbər xətti