"Yuventus" Dibalanın müqaviləsini uzadır

14:34 - 10 Mart 2020

"Yuventus" hücumçusu Paulo Dibalanın müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Turin klubunun argentinalı oyunçuya 5 illik müqavilə təklif edib. Dibala sazişə razılıq versə, illik maaşı 10 milyon avro olacaq.

 

"Yuventus" 26 yaşlı futbolçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib. Dibala bu mövsüm 33 oyunda 12 qol vurub, 4 assist edib.

Xəbər xətti