Cənubi Amerikada DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

19:02 - 11 Mart 2020

2022-ci ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, koronavirusun yayılmasına görə martın sonunda keçirilməsi nəzərdə tutulan seçmə mərhələnin oyunları qeyri-müəyyən vaxta təxirə salınıb.

 

FIFA daha öncə epidemiyaya görə DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsinin oyunlarının təxirə salınmasına qərar vermişdi.

Xəbər xətti