"Yuventus"un futbolçusunda koronavirus aşkarlandı

02:44 - 12 Mart 2020

"Yuventus"un müdafiəçisi Daniele Ruqanidə koronavirus aşkarlanıb.

 

Sportal.az xəbər verir ki, italiyalı futbolçunun testləri müsbət çıxıb. Klubun saytı 25 yaşlı futbolçu ilə təmasda olan şəxslərin yoxlanılacağını açıqlayıb.

 

Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.

Xəbər xətti