Koronavirusa yoluxan futbolçudan açıqlama

14:14 - 12 Mart 2020

Koronovirusa yoluxan "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, testləri müsbət çıxan italiyalı futbolçu sosial şəbəkə hesabında sağlamlığının təhlükədə olmadığını bildirib:

 

"Xəbərləri oxudunuz, bəli, koronavirusa yoluxmuşam. Mənim üçün narahat olanlara səslənmək istəyirəm: vəziyyətim yaxşıdır. Epidemiya fərq qoymadan hər kəsə çatır. Hər kəsi sevdiklərini, ətrafında olanları və özünü düşünməyə çağırıram". 

 

Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.

Xəbər xətti