Kamranla Tayfur qələbə ilə start verdi

13:16 - 15 Mart 2020

Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb.

 

Sportal.az xəbər verir ki, ilk gün 3 idmançımız rinqə çıxıb. Tayfur Əliyev (57 kq) 1/16 finalda Bişara Sabbarı (İsrail) məğlub edib. Təmsilçimiz 1/8 finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.

 

Kamran Şahsuvarlı (75 kq) da yarışa qələbə ilə başlayıb. O, 1/32 finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1. Kamran martın 16-da 1//16 finalda dünya və Avropa çempionu, ukraynalı Aleksandr Xijnyakla qarşılaşacaq.

 

Qadın boksçularımızdan Anaxanım Ağayeva (51 kq) debütdə Tatyana Kobuya (Ukrayna) uduzub.

Xəbər xətti