"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu

00:23 - 18 Mart 2020

İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Blez Matyuidi koronavirusa yoluxub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun testləri müsbət çıxıb. Fransa millisinin üzvü karantindədir.

 

Daha öncə Turin klubunun müdafiəçisi Daniele Ruqani virusa yoluxmuşdu.

Xəbər xətti