Roberto Mançini: "Uşaqlıq dostum koronavirusdan öldü, mən İtaliyadan ayrılmayacağam"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus pandemiyasının təsirindən danışıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis uşaqlıq dostunun infeksiyadan vəfat etdiyini deyib:

 

"Ailəm məndən kənarda - Ezi şəhərində qalır, yaxşıdırlar, amma yenə də narahatam. Bacım mənimlə əlaq saxladı və uşaqlıq dostumun koronavirusdan öldüyünü dedi. Onunla uşaqlıqda futbol oynayırdım, birgə gəzirdik, gözəl günlərimiz olmuşdu. Ezidəki "Croce Verde" xeyriyyəçilik şirkətində işləyirdi, əla insan idi.

 

Berqamoda ölüləri daşıyan hərbi maşınların karvanını görmək adama dəhşətli gəlir. Yer kürəsi belə cəhənnəmə hazır deyildi. Həkimlər qəhramanlıqla işə davam edir. Onlara inamımız var. Buna görə də ölkəmdən ayrılmağı düşünmürəm. Mənim məzarım İtaliyadır".

Tarix: 22 Mart [17:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 Aprel 2020
1  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio