"Klublar transfer etməyəcək, futbolçuları dəyişəcək"

13:35 - 28 Mart 2020

"Yuventus"un idman direktoru Fabio Paratiki koronavirus pandemiyasının transferlərə ciddi təsir edəcəyini deyib.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı funksioner "Tuttosport"a açıqlamasında klubların transferlər üçün böyük məbləğlər xərcləməyəcəyini bildirib:

 

"Koronavirus futbol dünyasına da ciddi təsir etdi. COVID-19 futbolu NBA-ya (Amerika Milli Basketbol Assosiasiyası) yaxınlaşdıracaq. Önümüzdəki dönəmdə transferlərə böyük məbləğlər ayrılmayacaq. Daha çox klublar futbolçuları bir-biri ilə dəyişəcək".

Xəbər xətti