İbrahimoviç "Milan"dan ayrılacaq

16:45 - 1 Aprel 2020

Mövsümün sonunda "Milan"la müqaviləsi başa çatacaq Zlatan İbrahimoviç komandanı tərk edəcək.

 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu baş direktor İvan Qazidislə fikir ayrılığı yaşayır. İsveçli hücumçu 55 yaşlı funksionerin planlarını bəyənmir.

 

Zvonimir Bobanın klubdan ayrılmağı və Paolo Maldininin də belə qərar verəcəyini nəzərə alan hücumçu komandada qalmaq fikrində deyil. Çünki Bobanla Maldini komandanı Zlatanın ətrafında qurmaq istəyirdi. Qazidis isə İbrahimoviçi əsas sima kimi görmür.

 

Futbolçuya yaxın mənbələr İbrahimoviçin komandada qalmayacağını bildirib.

Xəbər xətti