Əmrə karyerasını bitirir

12:44 - 3 Aprel 2020

"Fənərbaxça"nın kapitanı Əmrə Bəlözoğlu mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi "Hürriyet"ə açıqlamasında buna hazırlaşdığını deyib:

 

"Karantin günləri mənim üçün sıxcı keçmir. Onsuz da həyatımın böyük qismini evimdə yaşayan insanam. Ailməli birgə olmaq gözəldir. Amma dünyadakı durum insanı üzür. Tezliklə vəziyyətin düzəlməsini arzu edirəm. Yaşıl meydanlar, azarkeşlər və məşq etmək üçün darıxdım.

 

Futboldan danışıramsa, məyusam. Avropa çempionatında olmağı çox istəyirdim. Ancaq qismət deyilmiş. Özüm üçün nə qədər üzgünəmsə, zədəsi olan və yaya qədər sağalmayacaq qardaşlarım üçün sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah xəyallarımdan da böyük karyera nəsib edib mənə. Onların da məndən gözəl karyera qurmalarını arzu edirəm".

Xəbər xətti