Futbolçular və məşqçilərin maaşları azaldıldı

00:22 - 7 Aprel 2020

Koronavirusa görə dayandırılan İtaliya A Seriyası təmsilçiləri futbolçular və məşqçilərin maaşlarını azaldacaq.

 

Sportal.az xəbər verir ki, klublar və futbolçular birliyinin videokonfransında bununla bağlı qərar qəbul edilib. Çempionat davam edəcəyi halda, oyunçular və məşqçilərin məvacibləri 17 faiz azaldılacaq.

 

Mövsüm ləğv edilsə, maaşların 33 faizi ödənilməyəcək. Futbolçular və məşqçilər bu qərara razılaşıb, səs veriblər.

Xəbər xətti