Daha bir qran-pri təxirə salındı

23:48 - 7 Aprel 2020

Formula 1 üzrə daha bir qran-pris təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, iyunun 12-14-ü Kanadada keçirilməsi planlaşdırılan yarış koronavirus pandemiyasına görə baş tutmayacaq.

 

Öncə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, İspaniya, Niderland və Azərbaycan qran-priləri təxirə salınmışdı. Monakodakı yarış isə ləğv edilmişdi.

Xəbər xətti