Panamalı qapıçı Azərbaycan klubuna keçə bilər

11:35 - 10 Aprel 2020

Türkiyə I Liqa təmsilçisi “Boluspor”un qapıçısı Orlondo Moskera karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, panamalı qolkiperin agenti Tekin Birinci müştərisinin Azərbaycandan təklif aldığını açıqlayıb:

 

“Azərbaycandan güclü bir klub əlaqə saxladı və Orlondo ilə maraqlandı. Mən də hazırda futbol haqqında danışılacaq vəziyyətin olmadığını dedim”.

 

25 yaşlı qapıçı 2020-ci ilin yanvarında Panamanın "Tauro" klubundan "Boluspor"a keçib.

Xəbər xətti