"Qalatasaray" "Olimpiakos"un müdafiəçisinə təklif yolladı

12:47 - 10 Aprel 2020

Sağ cinah müdafiəçisi Mariano ilə yolunu ayırmağa hazırlaşan "Qalatasaray" braziliyalı futbolçunun əvəzləyicisini axtarır.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda "Olimpiakos"la müqaviləsi başa çatacaq Omar Əlabddellauini rənglərinə bağlamaq istəyir. Yunanıstan mətbuatı Norveç millisinin üzvünün "sarı-qırmızılar"dan təklif aldığını yazıb.

 

28 yaşlı cinah müdafiəçisi bu mövsüm Afina klubunda 28 oyun keçirib, 1 qol vurub.

Xəbər xətti