Sörlott: "Yaxşı təkliflər alacağımı bilirəm"

13:13 - 10 Aprel 2020

"Trabzonspor"un hücumçusu Aleksander Sörlott transfer iddialarına münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, norveçli futbolçu yaxşı təkliflər alacağına inandığını deyib:

 

"Transfer danışıqlarını mövsümün sonuna saxlamaq lazımdır. Əsas hədəfim "Trabzonspor"la liqa çempionu olmaqdır. Bunu bacardığım halda, yaxşı təkliflər alacağımı bilirəm".

 

İtaliyanın "Napoli" klubu müqavilə ilə İngiltərə təmsilçisi "Kristal Pelas"a məxsus olan hücumçu ilə maraqlanır. Neapollular Norveç millisinin üzvünü Arkadiuş Milikin əvəzinə almaq istəyir.

 

24 yaşlı hücumçu 19 qolla Super Liqanın bombardiridir. Onun "Trabzonspor"la icarə müqaviləsi mövsümün sonunda bitir.  "Bordo-mavililər" 24 yaşlı hücumçunu 6 milyon avro ödəyib, birdəfəlik transfer edə bilər.

 

Xəbər xətti