"Qalatasaray" Falkaodan fədakarlıq gözləyir

15:15 - 11 Aprel 2020

Türkiyənin "Qalatasaray" klubu ən çox maaş alan futbolçusu Radamel Falkaodan mükafatlarından imtina etməsini istəyəcək.

 

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi illik bonusları ümumilikdə 1,5 milyon avro olan kolumbiyalı futbolçudan fədakarlıq gözləyir.

 

34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur. Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.

Xəbər xətti