"Qalatasaray" icarəyə götürdüyü futbolçunu saxlamayacaq

17:51 - 11 Aprel 2020

"Qalatasaray" İngiltərənin "Fulhem" klubundan icarəyə götürdüyü Jan-Mişel Serinin transfer hüququna yiyələnməyəcək.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin 18 milyon avroluq satın alma şərtindən istifadə etməyəcək.

 

Fil Dişi Sahili millisinin üzvünün "sarı-qırmızılar"la müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti