Balotelli: "İbrahimoviç ondan güclü olduğumu anlamışdı"

10:10 - 14 Aprel 2020

İtaliyanın "Breşiya" klubunun hücumçusu Mario Balotelli "Instagram"da canlı yayım zamanı maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu "İnter"də çıxış edərkən Zlatan İbrahimoviçlə baş verən söhbətlərindən birini danışıb:

 

"Hələ akademiyada olduğum zaman İbrahimoviç mənə bildirdi ki, əsas heyətə yüksələcək istedadım yoxdur. Sonra Zlatan Mino Rayola təzyiq etmişdi ki, agentim olsun. İbrahimoviç ondan güclü olduğumu sonradan anlamışdı. Ronaldo və ya Messi deyiləm. Mən nəsə tələb etmirəm. Ancaq komandama kömək etməyim tələb olunursa, meydanda bunu reallaşdıracaq yerdə olmağım lazımdır".

 

Balotelli İtaliya millisinə dəvət almamağına münasibət bildirib:

 

"İtaliya millisinə dəvət almamağım normaldır. Kim haqq edirsə, onu çağırırlar. Milliyə yenidən dəvət alsam, əlimdən gələni edəcəyəm".

 

Qana əsilli futbolçu "Napoli"yə heyran olduğunu deyib:

 

"Napoli"yə heyranam və bir gün o klubda oynamaq istəyərəm".

 

Balotelli "İnter"də 86 oyun keçirib, 28 qol vurub.

Xəbər xətti