Noyer "Bayern"lə danışığı dayandırdı

15:06 - 14 Aprel 2020

Almaniyanın "Bayern" klubu müqaviləni uzatmaq istədiyi Manuel Noyerlə danışığı saxlayıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qapıçı yeni sözləşmənin şərtlərindən razı olmadığı üçün müzakirələri davam etdirməyib.

 

 

Münhen klubunun alman qapıçıya illik 20 milyon avro maaş təklif etdiyi bildirilir.

 

Təcrübəli qapıçı 2011-ci ildən "Bayern"də çıxış edir.

Xəbər xətti