"Qalatasaray"ın Balotelli planı

16:11 - 14 Aprel 2020

İtaliyanın "Breşiya" klubunun hücumçusu Mario Balotellinin adı “Qalatasaray”la hallanmağa başlayıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu transferi gerçəkləşdrmək üçün hərəkətə keçib. "Sarı-qırmızılar" Qana əsilli italiyalı futbolçuya 2 illik müqavilə təklif etmək fikrindədir.

 

30 yaşlı futbolçunun "Breşiya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Xəbər xətti