Milli komandalar il sonuna qədər oynamaya bilər - FIFA-dan açıqlama

23:23 - 14 Aprel 2020

İlin sonuna qədər milli komandaların iştirakı ilə heç bir oyun keçirilməyə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə FIFA-nın vitse-prezidenti Viktor Montalyani məlumat verib:

 

“2021-ci ilə qədər beynəlxalq oyunların keçirilməsinə şübhə edirəm. Yarışların sentyabrda keçirilməsi plandadı, amma buna əmin deyilik. Çünki vəziyyət dəyişə bilər. Ölkələr arasında sərhədlər hələ də bağlıdır. Oyunlar üçün buna icazə alsaq da, görüşlərin azarkeşlərlə olacağına inanmıram. Məncə, tamaşaçı ilə  oynamaq böyük risk olar”.

Xəbər xətti