"Yuventus"un 2 futbolçusu infeksiyaya qalib gəldi

18:13 - 15 Aprel 2020

"Yuventus"un futbolçuları - Blez Matyuidi və Daniele Ruqani koronavirusa qalib gəlib.

 

Sportal.az xəbər verir ki, hər iki oyunçunun son testi mənfi çıxıb.

 

"Matyuidi və Ruqaninin son testi mənfi çıxıb. Futbolçularımız yaxşıaşıb və ev şəraitindəki müalicələri sona çatıb", - Turin klubunun saytında vurğulanıb.

 

"Qoca sinyora"da koronavirusa yoluxan digər futbolçu isə Paulo Dibaladır.

Xəbər xətti