Çin Super Liqası iyun və ya iyulda başlayacaq

16:34 - 18 Aprel 2020

Çin Futbol Federasiyaları Assosiasiyası futbol çempionatlarına iyun və ya iyul aylarında start vermək istəyir.

 

Sportal.az xəbər verir ki, fevralın 22-də başlaması nəzərdə tutulan Super Liqa qeyri-müəyyən müddətə təxirə salınmışdı.

 

Federasiya klublara çempionatın davamına hazırlaşmaq üçün bildiriş göndərib. Çempionatın başlayacağı vaxt dəqiq bilinməsə də, mövsüm öncəsi futbolçular 2 dəfə COVID-19 testi verəcək.

Xəbər xətti