"Qalatasaray" Misir millisinin üzvünü icarəyə götürmək istəyir

14:32 - 19 Aprel 2020

"Qalatasaray" İngiltərənin "Aston Villa" klubunun yarımmüdafiəçisi Mahmud Trezeqeni icarəyə götürmək istəyir.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" misirli futbolçuya illik 1,5-2 milyon avro arası maaş təklif etmək fikrinədir.

 

Birmingem təmsilçisi Premyer Liqa ilə vidalaşsa, 25 yaşlı futbolçu Türkiyə klubuna keçə bilər.

 

"Aston Villa" Trezeqeni 2019-cu ildə "Kasımpaşa"dan 8,75 milyon funt-sterlinqə transfer edib.

Xəbər xətti