Ərəblər nigeriyalı üçün "Trabzonspor"a 8 milyon avro təklif etdi

16:01 - 19 Aprel 2020

Türkiyənin "Trabzonspor" klubu vingeri Entoni Nvakaeme karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "Əl Hilal" nigeriyalı futbolçu üçün "bordo-mavilər"ə 8 milyon avro ödəməyə hazırdır. Mövsüm başa çatdıqdan sonra Qara dəniz təmsilçisi ərəblərin təklifini götür-qoy edəcək.

 

Daha öncə "Trabzonspor" Çin klubunun 31 yaşlı futbolçu üçün 6 milyon avroluq təklifini qəbul etməmişdi.

 

Super Liqa təmsilçisi Nvakaemeni 2018-ci ildə İsrailin "Hapoel Beer-Şeva" klubundan 1,1 milyon avroya transfer edib.

Xəbər xətti