"Atletiko" Tellesi hədəfə aldı

11:11 - 20 Aprel 2020

"Atletiko" "Portu"nun müdafiəçisi Aleks Telleslə maraqlanır.

 

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, komandanın baş məşqçisi Dieqo Simeone müdafiənin sol cinahında Renan Lodiyə alternativ axtarır. Madrid təmsilçisi həmin mövqeyə Tellesi almaq istəyir.

 

Braziliyalı futbolçu bu mövsüm 40 oyunda 10 qol vurub, 9 assist edib. 27 yaşlı oyunçunun 2021-ci ilə qədər "Portu" ilə müqaviləsi var. Onun sərbəst qalma qiyməti 40 milyon avrodur.

Xəbər xətti