"Vuhan" 104 gün sonra bazasına qayıtdı

11:46 - 20 Aprel 2020

Koronavirus pandemiyasının başlanğıc nöqtəsi olan Çinin Vuhan şəhərində həyat normal axarına düşür.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi “Vuhan Zall” klubu doğma şəhərinə dönüb.

 

104 gün sonra öz bazasına qayıdan komandanı Vuhanda azarkeşlər qarşılayıb.

 

Çin Super Liqasının iyun və ya iyulda başlayacağı gözlənilir.

Xəbər xətti