Rüştü Rəçbər: "Frank Raykard mənə güvənmədi"

13:39 - 21 Aprel 2020

Türkiyə millisinin keçmiş üzvü Rüştü Rəçbər "Barselona"dakı günlərindən danışıb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı veteran qapıçı həmin dönəm komandanın baş məşqçisi olmuş Frank Raykardın ona güvənmədiyini deyib:

 

"Xəyalımı gerçəkləşdirdiyim mərhələ idi. O formanı geyinmək üçün çox mübarizə apardım. Amma orada qala bilmədim. Baş məşqçi Frank Raykardın münasibətini xoşlamadım. O, ilk gündən məni istəmədi, güvənmədi. Buna baxmayaraq, xoşbəxt idim. Xəyallarımın komandasına keçmişdim".

 

Keçmiş qolkiper katalonların qapıçısı Mark-Andre ter Şteqen və hücumçusu Lionel Messi barədə da danışıb:


"Barsa" ter Şteqenin müqaviləsini uzatmaq üçün danışıq aparmalıdır. Onu göndərmək böyük səhv olar. Lionel Messi gördüyüm ən yaxşı futbolçudur. O, Allahın dünya futboluna hədiyyəsidir".

 

Rüştü 2003-2006-cı illərdə "Barselona"da çıxış edib.

Xəbər xətti