Polşalı futbolçu Türkiyə klubundan ayrıldı

22:04 - 22 Aprel 2020

"Dənizlispor"un qapıçısı Adam Staxovyak klub ilə müqaviləsini təktərəfli pozub.

 

Sportal.az xəbər verir ki, 2 aydır klubdan maaşını almayan 33 yaşlı qapıçı belə qərar verib. Dənizli təmsilçisi polşalı əlcək sahibinin yaxşı davranış göstərmədiyini bəyan edib.

 

Klub bəyanatında ötən həftə futbolçulara 1,5 milyon lirə ödəniş etdiyini qeyd edib. Super Liqa təmsilçisi növbəti həftədə eyni məbləği oyunçulara ödəyəcəyini açıqlayıb.

 

Təcrübəli qapıçı 2018-ci ildən "Dənizlispor"da çıxış edirdi.

Xəbər xətti