"Roma" Moyze Kin üçün Cengiz Ündəri "Everton"a vermək istəyir

23:05 - 22 Aprel 2020

"Roma"nın futbolçusu Cengiz Ündər karyerasını "Everton"da davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, İtaliya klubu türk futbolçunu Liverpul təmsilçisinə verib, qarşı tərəfdən Moyze Kini heyətinə cəlb etmək istəyir. İtaliya millisinin üzvü olan Moyze Kin "Roma"ya keçməyə müsbət yanaşır.

 

"Canavarlar" koronavirus pandemiyasına görə Cengizin qiymətini 40 milyon avrodan aşağı endirib.

 

Cengiz Ündərlə "Sevilya", "Milan" və "Napoli" də maraqlanır.

 

"Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. O, bu mövsüm 20 oyunda 3 qol vurub.

 

Xəbər xətti