"Beşiktaş"ın futbolçusu "Sportinq"ə qayıdır

17:02 - 24 Aprel 2020

"Beşiktaş" Portuqaliyanın "Sportinq" klubundan icarəyə götürdüyü Abdulay Diabi ilə bağlı qərar verib.

 

Sportal.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı hücumçunu heyətdə saxlamaq fikrində deyil. Mali millisinin üzvü Lissabon klubuna qayıdacaq.

 

Diabi bu mövsüm 29 oyunda 2 qol vurub, 2 assist edib.

 

"Beşiktaş" daha öncə Fransanın "Qenqam" klubundan icarəyə götürdüyü portuqaliyalı müdafiəçi Pedru Rebuşunun müqaviləsini uzatmamağa qərar vermişdi. "Liverpul"dan icarəyə götürülən alman qapıçı Loris Karius isə İngiltərə klubuna qayıdıb.

Xəbər xətti