Türkiyə Super Liqası iyunun 10-dan sonra bərpa edilə bilər

12:01 - 25 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 10-dan sonra bərpa oluna bilər.

 

Sportal.az “TRT Spor”a istinadən xəbər verir ki, Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və Super Liqa təmsilçilərinin rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

 

O bildirib ki, liqalar və kubok matçlarının startı üçün ehtimal olunan tarixlər iyunun 11, 12 və ya 13-dür. Sepil yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib. Oyunların azarkeşsiz keçiriləcəyi gözlənilir.

 

Türkiyədə futbol liqaları martın 19-u dayandırılıb.

Xəbər xətti