Mourinyo ən yaxşı futbolçunun adını açıqladı

11:11 - 26 Aprel 2020

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo izlədiyi ən yaxşı futbolçunun adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Braziliya millisinin keçmiş hücumçusu Ronaldonu fərqləndirib:

 

"İstedad baxımından hər kəsdən öndə idi. Kimsə bu baxımdan onu keçə bilməz. "Barselona"da Bobbi Robsonun tərcüməçisi olduğum zaman fenomeni daha yaxından gördüm. Ronaldo meydana çıxanda anlayırdım ki, ən yaxşı futbolçudur. Kriştiano Ronaldo və Lionel Messinin daha uzun karyeraları oldu. Onlar 15 ildir ki, zirvədə qərarlaşıblar. Zədələr Ronaldonun daha möhtəşəm olacaq karyerasını məhv etdi. 19 yaşlı oğlanın bacarıqları inanılmaz idi".

 

Ronaldo 1996/97 mövsümündə "Barselona"da 37 oyunda 34 qol vurub.

Xəbər xətti