"Barselona" de Liqt üçün hərəkətə keçdi

11:30 - 27 Aprel 2020

İspaniyanın "Barselona" klubu "Yuventus"un müdafiəçisi Matteys de Liqtlə maraqlanır.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Turin klubu niderlandlı futbolçu üçün gələcək təklifləri dəyərləndirməyə hazırdır. Yayda "Ayaks"dan 75 milyon avroya tranfer edilən 20 yaşlı müdafiəçinin 4 illik müqaviləsi var.

 

Məlumata görə, katalonlar bu keçid üçün "qoca sinyora"ya yarımmüdafiəçisi Arturu da verməyə hazırdır.

Xəbər xətti