"Atletiko" və "Çelsi"nin Məhəmməd yarışı

15:47 - 27 Aprel 2020

Madrid "Atletiko"su və "Çelsi" "Stok Siti"nin gənc futbolçusu Məhəmməd Sankoh ilə maraqlanır.

 

Sportal.az xəbər verir ki, maliyyə çətinliyi yaşayan İngiltərə klubu 16 yaşlı hücumçunu sərfəli qiymətə satmağa hazırdır.

 

Qol duyumu yaxşı olan Syerra-Leone əsilli futbolçu Niderlandın U-17 millisində Avropa çempionu olub. "Yeni Lukaku" adlandırılan futbolçu gənclər komandasında bu mövsüm 9 qol vurub, 9 assist edib. Məhəmmədin Niderland futbolunun gələcək ulduzlarından biri olacağı gözlənilir.

Xəbər xətti