İbrahimoviçin əvəzinə Yoviç?

14:55 - 27 Aprel 2020

"Real"ın hücumçusu Luka Yoviç "Milan"a keçə bilər.

 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" mövsümün sonunda müqaviləsi başa çatacaq isveçli hücumçusu Zlatan İbrahimoviçin əvəzinə 22 yaşlı futbolçunu almaq istəyir.

 

"Real" serb futbolçunu 2019-cu ildə "Ayntraxt"dan 52 milyon funt-sterlinqə transfer edib. Yoviç 24 oyunda 2 qol vurub, 2 assist edib.

Xəbər xətti