Kosta: "Konte yüksək səviyyəli məşqçi olmaq üçün xarakterini dəyişməlidir"

15:15 - 27 Aprel 2020

"Atletiko"nun hücumçusu Dieqo Kosta "Çelsi"də oynadığı zaman komandanın baş məşqçisi Antonio Konte ilə münasibətindən danışıb.

 

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, Braziliya əsilli ispan futbolçu italiyalı mütəxəssisə qarşı kin saxlamadığını deyib:

 

"Konteyə qarşı piss hisslərim yoxdur. O, ən üst səviyyəli məşqçi olmaq üçün insani xüsusiyyətlərini dəyişməlidir. O, hər şeydən şübhələnən və ehtiyatlanan adamdır. Bu xarakterlə "Real"da bir mövsüm də işləyə bilməz. Onunla meydandan kənarda problem yaşadım. Ancaq mənim səhvim deyildi. Düzdür, o, yaxşı məşqçidir. "Çelsi"yə getməkdə yanılmışdım. Dieqo Simeone fərqli məşqçidir. O, sizi sevməyə açıqdır. "Çelsi"də durum fərqli idi".

 

31 yaşlı hücumçu 2014-2017-ci illərdə "Çelsi"də çıxış edib.

Xəbər xətti