Sərdar Azmun "Napoli"nin hədəfində

17:52 - 27 Aprel 2020

İtaliyanın "Napoli" klubu "Zenit"in hücumçusu Sərdar Azmunu transfer etmək istəyir.

 

Sportal.az "La Gazetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, neapollular hücum xəttində rəqabəti gücləndirmək üçün 25 yaşlı hücumçunu sıralarına qatmaq fikrindədir.

 

Azmun İran vətəndaşıdır və Avropa Birliyindən kənar ölkələrin futbolçularının "Napoli"də limiti tükənib. Sərdar İtaliya klubuna keçsə, meksikalı vinger İrvin Losano komandanı tərk edə bilər.

 

Losano İquaindən sonra "Napoli" tarixində ən bahalı futbolçudur. Neapol təmsilçisi 24 yaşlı futbolçunu 2019-cu ildə PSV-dən 38 milyon avroya transfer edib.

 

"Zenit"in bu keçid üçün 35 milyon avro tələb etdiyi qeyd edilir.

 

İran millisinin üzvü 2019-cu ildə "Rubin"dən "Zenit"ə keçib. Azmun bu mövsüm 21 oyunda 10 qol vurub, 6 assist edib. Sərdarın Sankt-Peterburq klubu ilə müqaviləsi 2022-ci ildə bitir.

Xəbər xətti