24 yaşında karyerasını bitirdi: "Sosial şəbəkələrdəki neqativ rəylər ağlımdan çıxmırdı"

00:40 - 28 Aprel 2020

İngiltərənin "Sautend Yunayted" klubunun qapıçısı Ted Smit 24 yaşında karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, o, "Telegraph"a açıqlamasında psixoloji problemlərə görə belə qərar verdiyini deyib:

 

"Oyun və məşqi sevirəm, amma matç günü olan təzyiqlər çox idi. Bu baryeri aşa bilmirdim. Oyundan dərhal sonra sosial şəbəkələrə baxırdım ki, insanlar nə yazır. 90 faiz nəsə olmurdu. Ancaq pis oynadığımız görüşdən sonra 2-3 tənqidi şərh olanda, hər zaman fikrim orada qalırdı. Həftə ərzində bu rəylər mənə təsir edirdi. Müsbət deyil, neqativlər beynimdə qalırdı.

 

Futbolun dadını çıxarmaq lazımdır. Bu oyunda qalmağa çalışdım, bacarmadım. Hər şeyə cəhd etdim. Oyundan əvvəl qorxu hissləri yaranmışdı və bu, indi də məni izləyir. Bir idman psixoloqu ilə görüşdüm. Əgər bir oyun üçün belə hal yaşansaydı, həyəcanlanmazdım. Qorxu keçərdi və başımı ətrafa çevirəcəkdim. Bu vəziyyət başqa insanlarda da ola bilər. Amma onların sayını bilmirəm. Ümid edirəm ki, sözlərim kömək olacaq".

 

Smit İngiltərənin U-20 yığmasında çıxış edib.

Xəbər xətti