Meydana tüpürən futbolçu cəzalana bilər

12:12 - 28 Aprel 2020

Futbolçular meydana tüpürdüklərinə görə sarı vərəqə ilə cəzalana bilərlər.

 

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, FIFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqe futbol çempionatları bərpa olunduqdan sonra yeni bir qaydanın tətbiq edilməsini təklif edib.

 

Qurum rəsmisi koronavirus pandemiyasına qarşı mübarizədə bu qadağanın vacib olduğunu bildirib.

Xəbər xətti