Kloppdan Kariusa: "Ehtiyatda qalacaqsan"

12:49 - 28 Aprel 2020

"Beşiktaş"la icarə müqaviləsini təktərəfli ləğv edən Loris Karius alacaqları olduğu üçün İstanbul klubunu FIFA-ya şikayət edib.

 

Sportal.az xəbər verir ki, müqavilə ilə "Liverpul"a məxsus olan qapıçı klubuna qayıtmaq üçün baş məşqçi Yurgen Kloppla danışıb. Alman mütəxəssis həmyerlisinə Alisson Bekerin əvəzləyicisi olacağını diqqətinə çatdırıb.

 

Bu səbəbdən 26 yaşlı əlcək sahibinin yenidən icarəyə veriləcəyi gözlənilir. Kariusun mersisaydlılarla müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Liverpul" qolkiperi 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer edib.

Xəbər xətti