"Barselona"da 2 futbolçudan başqa hər kəs satış siyahısında

12:12 - 29 Aprel 2020

"Barselona"nın yay transfer planı müəyyənləşib.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, katalonlar Lionel Messi və Mark-Andre ter Şteqendən başqa, bütün futbolçularla yollarını ayırmağa hazırdır.

 

Komandaın yarımmüdafiəçisi Arturun "Yuventus"la danışıq apardığı iddia edilib. "Barselona" "İnter"in hücumçusu Lautaro Martines və PSJ-dəki keçmiş futbolçusu Neymarı almağa çalışacaq. Bu transferləri reallaşdırmaq üçün Kataloniya klubuna böyük maliyyə lazımdır.

 

Bu səbəbdən "Barsa" Antuan Qrizmann və Usman Dembele kimi futbolçuları satış siyahısına qoyacaq. Bundan əlavə, klubun simvoluna çevrilən Jerar Pike və Serxio Busketsin də komandadakı gələcəyi qeyri-müəyyəndir.

Xəbər xətti