"Atletiko" Kavaniyə 3 illik müqavilə təklif etdi

15:58 - 29 Aprel 2020

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, "Atletiko" uruqvaylı forvarda 3 illik müqavilə təklif edib. 32 yaşlı hücumçu təklifi qəbul etsə, Madrid təsilçisinə azad agent statusu ilə qoşulacaq.

 

Kavani 2013-cü ildə 64 milyon avro qarşılığında "Napoli"dən PSJ-yə keçmişdi.

Xəbər xətti