Kataloniya Super kuboku keçirilməyəcək

00:24 - 30 Aprel 2020

Kataloniya Super kuboku koronavirus pandemiyasına görə bu il baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, titul uğrunda "Barselona" və "Espanyol" qarşılaşmalı idi. Kataloniya Futbol Federasiyası matçın keçirilməyəcəyini bəyan edib.

 

Ötən yay kuboku "Barselona"ya 1:0 hesabı ilə qalib gələn "Jirona" qazanmışdı.

Xəbər xətti